Dünyanın böyük sosial şəbəkəsi Feysbuk səhmlərinin kotirovkasının artmasından sonra şəbəkənin banisi Mark Zukerberqin kapitalı təkcə ötən gün 3,8 milyard dollar artıb.
Dünyanın böyük sosial şəbəkəsi Feysbuk səhmlərinin kotirovkasının artmasından sonra şəbəkənin banisi Mark Zukerberqin kapitalı təkcə ötən gün 3,8 milyard dollar artıb.
Trend-in məlumatına görə, bu, ona planetin ən varlıları siyahısında beşinci pilləyə qalxmağa imkan verib.
M.Zukerberq bu pilləyə qalxmaqla meksikalı biznesmen Karlos Slimi geri atıb.
Qeyd edək ki, ən son məlumata görə onun varı 71,7 milyard dollar təşkil edir.