Zorlanan, intihar edən qızlar…- Komitə hansı işləri görür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yetkinlik yaşına çatmayan şəxslərə, qız uşaqlarına qarşı zorakılıq faktları, ayrı-seçkilik növləri və digər problemlər bütün cəmiyyətlər və dövlətlərdə mövcuddur.  “Yetkinlik yaşına çatmayan şəxslərə, qız uşaqlarına qarşı zorakılıq faktları, ayrı-seçkilik növləri və digər problemlər bütün cəmiyyətlər və dövlətlərdə mövcuddur. 

Ana bətnində olan abortlar, xüsusilə selektiv abortlar, qız uşaqlarının təhsildən yayındırılması, erkən nikahlar, qadınların məcburi əməyə cəlb edilməsi, qızlara və qadına qarşı zorakılıq, ayrı-seçkilik kimi hallar Hindistan, Çin, Əfqanıstan, ABŞ, həmçinin müharibə vəziyyətində olan ölkələrdə də müşahidə olunur”.

Bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib. O qeyd edib ki, 2016-ci ildə yetkinlik yaşına çatmayan şəxslərə qarşı 553 cinayət faktı törədilib.

“Bunun 190-ı cinsi toxunulmazlıq əleyhinə olanlardır. 2016-ci ildə uşaqlar arasında intihar hadisələri 32 fakt idisə, qadınlar arasında 176 fakt olub. Uşaqların intihar etməsi daha çox 17-19 yaş aralığında olur. Yetkinlik yaşına çatamayanlara qarşı zorakılıq faktları qat-qat aşağı düşüb. Qeyd etməliyik ki, İran, Gürcüstan, Ermənistan və Rusiya ilə müqayisədə ölkəmizdə bu faiz olduqca aşağıdır”.

E.Səfərov qeyd edib ki, uşaqların hüquqlarının müdafiəsi ilə bağlı vacib addımlar atılır. “Bu addımların davam etdirilməsi və gücləndirilməsinə ehtiyac var. Fikrimcə, selektiv abortlar, valideyn himayəsi və uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növlərinin qəbul edilməsinə ehtiyac var. Burada qorxuducu və ağırlaşdıcı faktlarla yanaşı, azadlıqdan məhrumetmə, əmlakın müsadirə edilməsi və s. əhatə edilməlidir. Artıq böyüklər uşaqlara qarşı zorakılıq törətmək istəsələr, ilkin növbədə bu məsuliyyəti düşünməlidirlər. Cəmiyyətdə maarifləndirmə ikinci addım kimi qəbul edilməlidir. Alkoqollu içkilərin və ya narkotik vasitələrinin qəbul edildiyi riskli ailələrdə mənfi halların qarşısının alınması üçün ciddi addımlar atmaq lazımdır. Nəinki uşaqlara, valideyinlərin özü ilə də birbaşa iş aparılmalıdır. Komitə tərəfindən 2 ildir ki, ailə akademiyası işi aparılır. Hal-hazırda uşaq məlumat bankı var və məişət zorakılığı bankı yaradılır. Bunlar da gələcəkdə bu kimi halların qarşısının alınması üçün atılır. Bu, nəinki bir dövlət qurumunun işə cəlb edilməsi, ümumiyyətlə dövlət qurumlarının təcili sistemə rəyini bildirilməsi və addımların atılmasından ibarətdir”.
E.Səfərov qeyd edib ki, yerli icra hakimiyyətlərinin tərkibində olan monitorinq komisiyyasının təmilləşdirilməsi və uşaqlara qarşı zorakılıq faktlarının qarşısının alınması və digər işlərin ödənişli edilməsi məqsədəyuğundur.

“Onlar təlimləndirilməli və maarifləndirilməlidir. Bəzən kimissiyalarda işləyənlərin vəzifələri çərçivəsində işlərini əhatə edə bilmədiklərini görürük. Uşaqlara qarşı olan faktlara qarşı ümumi sistem olmalıdır. Bu sistem yaradılıb və təkmilləşdirilməsi davam etdirilməlidir. Qız uşaqları arasında zorakılıq faktları əsasən 14-18 yaş aralığında olur. Təəssüflər olsun ki, 8-12 yaşda da müəyyən hallar müşahidə olunur. 12-14 yaşda uşaq nikahları ilə bağlı bizə daxil olan siqnalın hamısının qarşısı alınıb və dayandırılıb. Say o qədər də çox deyil, hər il 10-15 belə fakt baş verir. Bunlar sırf dövlət qurumuna daxil olan məlumatlardır. Əsasən Şimal Qərb, Şəki, Zaqatala, Xaçmaz zonallarında belə hallar yaşanır”.

Komitə rəsmisi bildirib ki, uşaq nikahları ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir. Onun sözlərinə görə, xüsusi məsuliyyət növləri müəyyənləşdirilməsə, bu kimi hallar olacaq.