Zori Balayanın Bakı TERRORU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1994-cü ilin 3 iyul tarixində Bakı metrosunda törədilən terror aktından 23 il ötür.  1994-cü ilin 3 iyul tarixində Bakı metrosunda törədilən terror aktından 23 il ötür. 

İki onillikdən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycana qafrşı erməni terroru davam edir.

TİA.AZ xəbər verir ki, terror nəticəsində 13 nəfər həlak oldu, 58 nəfər yaralandı.

İstintaq araşdırmalarında məlum olur ki, terror aktını Azərbaycan vətəndaşı Azər Aslanov həyata keçirib. Aslanov Moskvada saxlanılaraq, Azərbaycana ekstradisiya olunur. 1988-ci ildə A.Aslanov istintaqa ifadəsində bildirir ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülüb.

İstintaq müəyyən edib ki, 13 yanvar 1994-cü ildə Qarabağda erməni əsirliyinə düşən Azər Aslanov Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib.

Onu azad etmək bəhanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova ermənilər tərəfindən İrəvana dəvət olunur. Azər Aslanova isə anasının girov olduğunu və onun azad olunması üçün Bakı metrosunda terror aktı törətməsini deyirlər. Bundan sonra, Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə 3 iyul 1994-cü ildə İrəvan-Mineralniye Vodi-Bakı marşrutu ilə Azərbaycana gəlir, terror aktını törədir və Ermənistana qayıdır. Yalnız bundan sonra onun girovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər. Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub.

Məhkəmənin qərarı ilə Zori Balayana qarşı cinayət işi açılır. 1999-cu ildə Azərbaycan respublikasının baş prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa verilir. Daha sonra o, MDB ölkələrində də beynəlxalq axtarışa verilir.

2011-ci ildə erməni tərəfinin müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır.

Bu, Azərbaycan torpaqlarının işğal edən Ermənistanın Bakı metrosunda törətdiyi ikinci terror aktı idi. 1994-cü ilin 19 martında “20 Yanvar” stansiyasında törədilmiş terror nəticəsində 14 nəfər həlak olub, 79 nəfər yaralanıb. Araşdırmalar nəticəsində məlum olub ki, terror aktı “Sadval” separatçı təşkilatı tərəfindən törədilib. Onlar bu terror aktını Ermənistan xüsusi xidmət orqanları ilə əlbir olaraq həyata keçirib. Terror aktına görə, 11 nəfər həbs olunub. Onlardan ikisi ölüm hökmünə, digərləri isə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilib.

1994-cü ildə Bakı metrosunda baş verən bu iki terror aktından bir il sonra, 1995-ci ilin 28 oktyabrında “Ulduz” və “Nərimanov” stansiyaları arasında qatar tuneldə alışıb. Nəticədə 289 nəfər (16 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb. Bu hadisə “Ginnesin rekordlar kitabı”na dünyada ən böyük metro qəzası olaraq düşüb.

İstintaq materiallarında göstərilir ki, tələfatın böyük olmasına səbəb qatarı idarə edən sürücünün səhvi olub. Belə ki, “maşinist” yanğın başlayan zamanı qatarı tuneldə saxlayıb. İnsanlar təşviş içində vaqonlardan çıxaraq qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğuna görə tuneldəki insanlar havasızlıqdan, eləcə də ayaqlar altında qalaraq həlak olublar. Qatarda olanların əksəriyyəti isə zəhərli tüstüdən boğularaq ölüb. Qatarı idarə edən “maşinist” və dispetçer 10 il azadlıqdan məhrum edilib.

Lakin hadisənin terror ola biləcəyi ehtimalı da var idi. Məhz 1994-cü ildə metroda ermənilər tərəfindən iki terror aktının törədilməsi bu versiyanı gücləndirirdi.

Torpaqlarımızın 20 faizini işğal edən Ermənistanın Azərbaycana qarşı terror siyasəti bu gün də davam edir.