Zooparkda qiymətlərin artırılması tənqid edildi: “Yarışa çıxıblar…”

Zooparkda qiymətlərin artırılması tənqid edildi: “Yarışa çıxıblar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Zooloji Parkında böyüklər üçün biletlərin bahalaşması tənqidlə qarşılanıb. Müzakirələr zamanı Parkda qiymətlərin nə üçün bahalaşmasının məntiqi izahının olmadığı qeyd olunub.

Bu barədə Pravda.az-a fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, müxtəlif sahələrdə – istər xidmət sektorunda, istərsə də digər sahələrdə qiymətlərin artımı müşahidə edilir:

“Təkcə benzinin qiyməti artmayıb, nəqliyyatda, internetdə, hətta Zooparkda qiymət artımını müşahidə edirik. Şübhəsiz ki, bu, cəmiyyətdə birmənalı qarşılanmır. Hərçənd Dövlət Statistika Komitəsi 2024-cü ilin 4 ayının statistikasını elan etdi. Həmin statistikaya istinad etsək, görərik ki, nominal gəlirlər 24 milyard 579 milyon manata yüksəlib. Bu da illik müqayisədə, təqribən, 4,3% artım anlamına gəlir. Əhalinin hər adambaşına düşən nominal gəliri isə 2 milyard 412 milyon manat civarındadır. Bu da illik müqayisədə adambaşına düşən nominal gəlirlərin 3,8% artımı mənasını verir. Komitə vurğulamışdı ki, illik inflyasiya 0,0% olub. Gəlin görək, bu nə dərəcədə inandırıcıdır? Müxtəlif sahələrdə qiymət artımında tamam başqa mənzərəni müşahidə edirik. Qiymət artımı məsələsi əslində çox ciddi qiymət siyasətidir. Vətəndaşların gəlirlərini, həyat, yaşayış  səviyyəsini dəyərləndirərək bunu tənzimləmək lazımdır. İnsanların böyük qisminin, təxminən, 345 manat ətrafında gəliri var. Şübhəsiz ki, xidmət sektorunda və digər sahələrdə bahalaşma onların həyatına birbaşa təsir göstərir. Bunu nəzərə almalıyıq. Gəlirlər DSK-nın vurğuladığı kimi artıbsa, o demək deyil ki, əhalinin yoxsul və aztəminatlı təbəqəsinin də gəlirləri artıb. Ola bilər, gəlirlər orta və daha yüksək gəlirli insanların hesabına artan gəlirlərdir. Adambaşına bölürlər, həmin mənzərəni çıxarırlar. Hesab edirəm, bu, adekvat yanaşma deyil. Biz daha çox düşünməliyik ki, heç kim kənarda qalmasın. Azərbaycan, onsuz da, BMT-nin dayanıqlı inkişaf məqsədlərinə də qoşulub. Onun baş şüarı nədir? Heç kimi kənarda qoymamaq, bütün insanlar üçün bərabər imkanlar və şans yaratmaq. Bilirsiniz ki, ölkə başçımız Azərbaycanı sosial dövlət elan edib. Dövlət başçısının bu istiqamətdə çox dərin çıxışları var. Həmin çıxışlarda birbaşa açıq mətnlə qeyd olunur ki, insan faktoru bizim diqqətimizdə olan sosial dövlətin əsas predmetidir. Hətta cənab Prezident seçki platformasında da vurğulayır ki, hər bir vətəndaşın prezidentiyik. Yəni çalışmalıyıq ki, sosial dövlət quruculuğundan, rifahdan, inkişafdan hər bir ölkə vətəndaşı bəhrələnə bilsin. Qiymətlərin sanki bir-biri ilə yarışırmış kimi qaldırılması əhalinin azgəlirli və aztəminatlı təbəqəsinə təsir göstərəcək. Hər kəsin ünvanlı sosial yardım əlçatanlığı yoxdur. Buna görə də qiymət siyasətini tənzimləyərkən insanların azgəlirli hissəsini də nəzərə almaq, bu rifahı hər kəsin hiss etməsinə şərait yaratmaq lazımdır. Azərbaycan sosial dövlətdir, sosial dövlətin əsas prioriteti isə insandır. Hər kəs üçün bərabər şans yaratmaq lazımdır. Müxtəlif qurumların qiym