ZOOPARKDA BOMBA HƏYƏCANIbackend

ZOOPARKDA BOMBA HƏYƏCANI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın paytaxtı Vaşinqtondakı Smithsonian Milli Zooparkı bomba təhlükəsi səbəbiylə polis qrupları tərəfindən ehtiyat tədbiri olaraq ziyarətçilərə bağlanıb. Araşdırmalardan sonra heç bir təhlükənin olmadığı bildirilib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Metropolitendə Polis İdarəsi tərəfindən aparılan araşdırma zamanı təhlükəli maddə aşkar edilməyib.

Zooparkın çərşənbə günü yenidən açılacağı öyrənilib.