Zoologiya İnstutunda 20 milyon dollarlıq ilan zəhəri var – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstutunda 20 kq-a yaxın ilan zəhəri saxlanılır və onun qiyməti 20 milyon dollar həcmindədir.

 
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstutunda 20 kq-a yaxın ilan zəhəri saxlanılır və onun qiyməti 20 milyon dollar həcmindədir.

Xəzərxəbər xəbər verir ki, institutun direktoru Elman Yusifov bildirir ki, bu zəhərlər ən bahalı dərmanların hazırlanmasında işlədilir və Sovet döndəmindən qalmasına baxmayaraq keyfiyyətini indiyədək qoruyub saxlayır.

Elman Yusifov bildirir ki, hazırda əllərində olan ilan zəhərini xarici şirkətlərdən birinə satsalar, bu vəsaiti institutun inkişafı və gələcək layihələri üçün sərf edə bilərlər. Ancaq məsələ burasındadır ki, bu zəhəri satmaq üçün bir sıra beynəlxalq təşkilatlardan da sənədlər alınmalıdır.

Bynəlxalq təşkilatlardan bu sertififakatları almaq üçün təxminən 100 min dollar vəsait tələb olunur.

Onu da qeyd edək ki, hazırda Zoologiya İnstitunun Ağsuda yerləşən mərkəzində ilandan zəhər alınması prosesi davam etdirilir. Ancaq ilanların sayı həddən artıq az olduğundan və zəhərin əldə olunandan sonra xaricə ixracı ilə bağlı məsələlər həll edilmədiyindən bu sahəyə maraq o qədər güclü deyil. Milyonlarla dollarlıq ilan zəhərinin hazırda istifadəsiz halda qalması isə sadəcə təəssüf doğurur. Çünki bu sahədə istehsal artarsa və onun satışı təşkil olunarsa ölkəyə böyük həcmdə vəsaitlərin daxil olmasını təmin etmək mümkündür.