Zoologiya İnstitutundan tapılan naməlum canlı ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə aşkar edilən canlı Şneyder kərtənkələsidir. 

Kürdəmirdə aşkar edilən canlı Şneyder kərtənkələsidir.

Bu barədə AzVision.az-a AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov məlumat verib.

Onun sözlərinə görə, Şneyder kərtənkələsi tam təhlükəsizdir.

“Bu, tam təhlükəsiz və zəhərsiz canlıdır. Kərtənkələlər fəsiləsinə aiddir. Abşerondan Qazaxa qədər bu kərtənkələyə rast gəlmək olar. Gəlmə deyil, yerli faunadır.

O, çəyirtkələr və xırda cücülərlə, zərərli və ziyanverici həşəratlarla qidalanır. İlanlar onu yeyir, zəhəri yoxdur. Televiziyada kadrlarda baxıram ki, onu kürəyi üstə çeviriblər, biri də deyir ki, təhlükəlidir, zəhərlidir. Bu, nadanlıqdan, məlumatsızlıqdan irəli gəlir. Sensasiya, stəkanda fırtına yaratmaq istəyirlər”.

E.Yusifov həmin kərtənkələləri öldürməməyi məsləhət görüb.