ZOD İSTİQAMƏTİNDƏ ERMƏNİLƏR YARALANIBbackend

ZOD İSTİQAMƏTİNDƏ ERMƏNİLƏR YARALANIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 12-də saat 10:00 radələrində Zod istiqamətində atəşkəs rejimi pozub.

Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin iddialarına görə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri PUA-lardan da istifadə edib.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Respublikası Silahlı Qüvvələrinin iki hərbçisi yaralanıb. Hərbçilərdən birinin vəziyyəti qənaətbəxş, ikincinin vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, cəbhə xəttində vəziyyət nisbətən stabildir.