Ziya Məmmədovun səlahiyyətləri Heydər Əsədova verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.
 Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. BakuPost.az xəbər verir ki, dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri “Heydər Əsədov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri” sözləri ilə əvəz edilir. Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.