Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Birləşmiş Krallıqda Southport, Eastbank Strit 12-14 ünvanlarında restoranları fəaliyət göstərir. Tribunainfo.az bildirir ki, bu haqda jurnalist Cavanşir Həsənli yazıb. O, ironiya ilə həmin restoranların özünə aid olduğunu qeyd edib. Qeyd edək ki, sabiq nazir İngiltərədə restoranlarının olmasını təkzib etmişdi.