Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov evinin satışa çıxarılması barədə yayılan xəbərlərə münasibət bildirməkdən imtina edibğ
Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov evinin satışa çıxarılması barədə yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.
Z.Məmmədov açıqlama istəyən jurnalistin sualına cavab verərkən bildirib ki, jurnalistlərə açıqlama verməyəcək:
“Jurnalistlər, indi də açıqlama yerinə bağlama alarsız”, – deyə Z.Məmmədov cavab verib.
Daha sonra isə Ziya Məmmədov telefonu söndürüb.
Xatırladaq ki, “unikal.org” saytının yaydığı xəbərə görə, sabiq nəqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb.
Xəbərdə bildirilir ki, Ziya Məmmədov “Nizami” metro stansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşən tikilidəki 250 kvadrat metrlik sahəsi olan mənzilini 750 min manata satır.
Z.Məmmədovun evini hansı səbəbdən satdığı açıqlanmır (“Ölkə.az”).