“Zirvə Tədris Mərkəzi” cərimələnir – SƏBƏBbackend

“Zirvə Tədris Mərkəzi” cərimələnir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zirvə Tədris Mərkəzi” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, tədris mərkəzinin İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Tədris mərkəzi ilə bağlı iş baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib. 7 noyabr tarixində hakim Samirə Məmmədlinin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, “Zirvə Tədris Mərkəzi” 2002-ci ildən fəaliyyətə başlayıb. Mərkəzin direktoru və “Zirvə Kursları” təsisçisi Rahib İbrahimovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar