“Zirə” “Kəpəz”ə, “Sumqayıt” “Sabah”a qarşıbackend

“Zirə” “Kəpəz”ə, “Sumqayıt” “Sabah”a qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə “Kəpəz” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.Günün digər qarşılaşması isə “Sabah”la “Sumqayıt” arasında baş tutacaq.

“Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Səbail” matçları sabah keçiriləcək. Tura bazar günü baş tutacaq “Şamaxı” – “Neftçi” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
26-cı tur
10 mart

“Kəpəz” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Teymur Teymurov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu, 15:00.

“Sabah” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
“Bank Respublika Arena”, 19:00.