“Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 23 milyon manatı ötübbackend

“Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 23 milyon manatı ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin II rübündə “Ziraat Bank Azərbaycan”ın problemli kreditləri artmaqda davam edib. Valyuta.az-ın hesablamasına görə, bankın problemli kreditləri ötən ilin eyni dövrünə nisbətən 2024-cü ilin ilk yarısında 37 % və ya 6,2 milyon manat artaraq 23,1 milyon manata yüksəlib. 2023-cü ilin eyni dövründə bu rəqəm 16,9 milyon manata bərabər olub.

Bu isə bankın problemli kreditlərinin ümumi portfeldə çəkisinin 4,3 %-dən 5,4 %-ə kimi artmasına təsir edib.

“Ziraat Bank Azərbaycan”ın problemli kreditlərində ən böyük artım biznes kreditləri üzrə müşahidə edilir. Bankın problemli biznes kreditləri 6,2 milyon manat artaraq 16,9 milyon manatdan 22,79 milyon manata kimi yüksəlib.

Bu dövrdə bankın problemli kreditlərinin cəmi 359 min manatı istehlak kreditlərinə aid olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13 dəfə çoxdur. 2023-cü ilin ilk yarısında bu rəqəm cəmi 26,8 min manat təşkil edib.

Ümumilikdə bankın vaxtı ötmüş kreditləri isə 53 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 dəfəyə yaxın çoxdur.

Qeyd edək ki, banklarda 90 gündən artıq gecikdirilmə olan kreditlər problemli kreditlər hesab edilir.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i “Ziraat Bank”a (Türkiyə), 0,01 % – “Ziraat Texnoloji Şirkəti”nə, 0,01 %-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.