“Ziraat Bank Azərbaycan” bankı son 9 ayda qeyri-faiz gəlirlərini 3 milyon manata yaxın artaraq 13,7 milyon manata yüksəltsə də, qeyri-faiz xərclərində ciddi axasamalara başlayıb. Tribunainfo.az xəbər verir ki, bankın III rüb üçün açıqladığı rəqəmlərdən də bu aydın görünür.
Belə ki, ötən illə müqayisədə sözüegedən bank qeyri-faiz xərclərini 1,5 milyon manat artaraq 16,9 milyon manata yüksəldib. Bank bunu əmək haqlarınınb 7 milyon manat artması ilə izah edir.
Amma bankın hesabatında 9 aya əldə etdiyi gəlirin artım tempinə diqqət yetirsdək, görə bilərik ki, vəziyyət heç də ürəkaçan deyil. Çünki «Ziraat Bank Azərbaycan» 9 ayı 11,3 milyon manat xalis mənfəətlə tamamlasa da, bu keçən illə müqayisədə cəmi 5 milyon manat artım deməkdir.
Bundan başqa, bank dövriyyəyə buraxdığı səhmlərin ümumi sayını və məbləğini də artıra bilməyib. Hərçənd “Ziraat Bank” bunun səbəbini açıqlamayıb.
Həmçinin mərkəzi idarəetmə oraqanları, bələdiyyələr, müxtəlif bankların da 9 ayda “Ziraat Bank”a bir manat olsun belə pul yatırmadıqları da hesabat vurğulanıb.
Bir başqa maraqlı məqam da odur ki, “Ziraat Bank” banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri isə həddən artıq azalıb. Ötən il 77 milyon manat təşkil edən bu aktivlər, bu ilin 9 ayında 6.5 milyon manata düşüb.