Bakı Kommersiya Məhkəməsində “Ziraat Bank Azərbaycan” ASC-nin “İstanbul Mars İmport Export” MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.
Qeyd: “Ziraat Bank Azərbaycan” ASC “İstanbul Mars İmport Export” MMC-ni məhkəməyə verərək borc müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.