“Real Madrid”dən ayrıldıqdan sonra uzun müddət məşqçi kimi fəaliyyət göstərməyən Zinəddin Zidan qısa müddətdə meydana qayıda bilər.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının nəhəngi “Mançester Yunayted”in ən böyük sərmayəçilərindən olan britaniyalı milyarder Cim Ratkliff fransalı məşqçini ingilis komandasının növbəti məşqçisi kimi görmək istəyir.
İngiltərə mətbuatından “Mirror Football”un xəbərinə görə, Mançester Yunayted böyük sərmayəçilərdən biri olan britaniyalı milyarder Jim Ratcliffe, Zinəddin Zidanı “qırmızı şeytanlar”ın növbəti məşqçisi kimi görmək istəyir. Fransız məşqçinin Mançesterə gəlişinin inqilabi xarakter daşımaqla yanaşı, uzun müddətdir çempionluq uğrunda mübarizəni gözləyən azarkeşlərin gözləntilərini də artıracağı iddia edilib.