Zimbabve prezidenti istefaya getməsi üçün şərtlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zimbabvenin hazırkı prezidenti Robert Muqabe istefaya getməsi üçün şərtlərini açıqlayıb.


 

Zimbabvenin hazırkı prezidenti Robert Muqabe istefaya getməsi üçün şərtlərini açıqlayıb.

 

TİA.AZ-ın “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, o, vəzifədən getmək üçün özü və həyat yoldaşı Qreys üçün tam toxunulmazlıq verilməsini istəyib. Həmçinin, bütün varidatının özündə qalması şərtini irəli sürüb.

 

Qeyd edək ki, dünən Zimbabvenin hakim Afrika Milli İttifaqı – Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. İclasda ölkənin 93 yaşlı prezidenti R. Muqabe partiyanın sədri postundan uzaqlaşdırılıb. Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva olub.

 

Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb. Robert Muqabenin televiziya vasitəsilə xalqa müraciətində istefa barədə danışacağı gözlənilsə də, o bəyan edib ki, Zimbabve xalqı ölkədəki böhranı sülh yolu ilə müstəqil olaraq həll etməkdə qərarlıdır.