Fransa Futbol Federasiyası Zinəddin Zidanla danışıqlar aparır.
Tribunainfo.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.
Nəşr yazır ki, Fransa millisinin baş məşqçi postuna əsas namizəd olan Zidanın müddətsiz müqaviləsi olacaq. Belə ki, o, millinin sükanı arxasında istədiyi qədər qala biləcək.
Mənbə onu da bildirir ki, bu, Zidanın 2021-ci ilin yayında “Real Madrid”dən ayrıldıqdan sonra gözlədiyi təklifdir.
Qeyd edək ki, 56 yaşlı Deşam DÇ-2026-dan sonra Fransa millisindən ayrılacağını təsdiqləyib.
Xatırladaq ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”ə rəhbərlik edib. O, məşqçi kimi üç dəfə Çempionlar Liqası, iki dəfə La Liqa, İspaniya Superkuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.