Zidanın oğlu Əlcəzair millisində çıxış edəcək

Zidanın oğlu Əlcəzair millisində çıxış edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa millisinin və “Real”ın (İspaniya) sabiq futbolçusu Zinəddin Zidanın oğlu, qapıçı Luka Zidan vətəndaşlığını dəyişib.

Tribunainfo.az BBC Sports”a istinadən xəbər verir ki, 27 yaşlı qolkiper Fransa vətəndaşlığıdan Əlcəzair vətəndaşlığına keçərək Afrika təmsilçisinin yığmasında oynamağı qərarlaşdırıb.

O, bunun üçün artıq FIFA-dan icazə alıb.

Qeyd edək ki, Luka Zidan Fransanın gənclər və yeniyetmələrdən ibarət milli komandalarında çıxış edib. Bu mövsüm o, “Qranada”nın (İspaniya) heyətində 4 oyun keçirib və 10 qol buraxıb.