Zidan türk klubunun baş məşqçisi ola bilər

Zidan türk klubunun baş məşqçisi ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Fənərbaxça” klubu fransalı məşqçi Zinəddin Zidanla ilkin razılıq əldə edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Sabah qəzeti məlumat yayıb.

Bildirilir ki, maaş və müqavilə şərtləri ilə bağlı danışıqlar tamamlandıqdan sonra 53 yaşlı Zidanın Türkiyəyə gəlməsi gözlənilir.

Xatırladaq ki, avqustun sonunda “Fənərbaxça” Çempionlar Liqasının seçmə mərhələsində uğursuzluqdan sonra portuqaliyalı Joze Mourinyonu istefaya göndərmişdi.

Zidan isə 2021-ci ilin mayında Madrid “Real”ını tərk etdikdən sonra işsizdir. O, 2019–2021-ci illərdə komandanın baş məşqçisi olub. Bundan əvvəl isə 2016–2018-ci illərdə klubun uğurlarına rəhbərlik edib. Onun rəhbərliyi altında “Real” üç dəfə Çempionlar Liqasının qalibi olub, iki dəfə İspaniya çempionluğu qazanıb. Həmçinin Zidanla birlikdə komanda iki dəfə UEFA Superkuboku, iki dəfə İspaniya Superkuboku və iki dəfə Klublararası Dünya Çempionatını qazanıb.

İmran Kərimli