İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan istefa qərarı qəbul edib.
“Report”un “Cadena SER” radiosuna istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis qərarını bu gün keçirəcəyi mətbuat konfransında rəsmən açıqlayacaq. Jurnalistlər önünə klub prezidenti Florentino Peresin də çıxacağı gözlənilir.
Qeyd edək ki, Zinəddin Zidan “Real Madrid”ə 4 yanvar 2016-cı ildə baş məşqçi təyin olunub.