“Real Madrid”in və Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan Fransanın Marsel şəhərində olimpiya məşəlini yandıracaq.
Tribunainfo.az xəbər verir ki, bu haqda “L’Equipe” məlumat yayıb.
Mayın 8-də Fransada “Belem” yelkənli gəmisində gətiriləcək olimpiya məşəlinin ölkəyə gəlişi ilə bağlı təntənəli mərasim keçirilir.
Axşam saatlarında gəmi limana yaxınlaşacaq və məşəl quruya ötürüləcək. Fransa torpağında Olimpiya məşəli estafetinin ilk iştirakçısı üzgüçü Florent Manaudu olacaq. İkinci estafet iştirakçısının adı məlum deyil. Üçüncü məşəlçi isə Zinəddin Zidan olacaq və o olimpiya qazanını yandıracaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək olacaq.