Zidan Əlcəzairin təklifini rədd etdibackend

Zidan Əlcəzairin təklifini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məşqçilik karyerasına “Real”da start verən Zinəddin Zidan qısa müddətdə İspaniya nəhəngində qazandığı kuboklarla diqqət çəkdi.
Qaynarinfo-nun məlumatına görə, Zidana milli komandanı çalışdırmaq təklif edilib. Belə ki, Afrika Millətlər Kuboku ilə vidalaşan Əlcəzair millisinin baş məşqçi Camel Belmadi yola salındıqdan sonra komandanın “sükanı” arxasına keçmək üçün məhz Zidana təklif olunub. “L’Equipe”nin məlumatına görə sabiq futbolçu Əlcəzair Futbol Federasiyasının təklifini rədd edib.

Üçü Çempionlar Liqası olmaqla, “Real” da ümumilikdə 11 kubok qazanan Əlcəzair əsilli fransalı mütəxəssis 2021-ci ildə paytaxt komandasından ayrılıb. Həmin vaxtdan bəri 51 yaşlı keçmiş dünya çempionunun adı bir sıra klub və millilərlə yanaşı çəkilsə də hazırda heç bir komandanı çalışdırmır.
Əlcəzairin digər baş məşqçi namizədləri Erve Renard, Vahid Halilhodziç, Vladimir Petkoviç və Xorxe Sampaolidir.