Zibil pulu qalxdı, antisanitariya baş alıb gedir – İqtisadçı

Zibil pulu qalxdı, antisanitariya baş alıb gedir – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məişət tullantılarının daşınması tariflərini birdən-birə 2,3 dəfə artırıblar.
İndiyədək Abşeron ərazisində əhali kateqoriyası üçün tariflər aylıq adambaşına 0,3 manat idi, indən sonra 0,7 manat ödəməli olacağıq.
Başqa əraziləri bilmirəm, Xırdalanda bu xidmət 10 qəpik olsa belə bahadır.
Vaxtlı-vaxtında daşınmadığı üçün küçə və məhəllələrdə antisanitariya baş alıb gedir.

Tribunainfo.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, xüsusilə küləkli havada küçələrdə göydə uçuşan polietilen paketlərlərin, kağız və karton qutuların əlində hərəkət eləmək olmur:

“İstilərdəki üfunəti də demirəm. Bu ödənişləri həm də nağd alırlar. Niyə? Bu suala cavab verən yoxdur.
Reytinq tərtib edilsə, ən qeyri-şəffaf ödəniş növüdür. Üstəlik bu ödənişi ən qeyri-şəffaf strukturlar toplayanda vəziyyət daha da tündləşir”.

Roman