“Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb

“Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinə əsasən “Zeytun Pharmaceuticals” MMC-yə dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılması ilə bağlı protokolu tərtib edilib.

Bu barədə Tribunainfo.az -a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, “Zeytun Pharmaceuticals” İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsini pozub.

Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.