“Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 1551-ə çatıb

“Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 1551-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarının üzvlərinə qarşı Suriyanın Afrin bölgəsində apardığı əməliyyat nəticəsində öldürülən terrorçuların sayı 1551-ə çatıb.

TİA.AZ Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-dən başlatdığı “Zeytun budağı” əməliyyatının məqsədi qardaş ölkə üçün təhdid yaradan PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarını bölgədən uzaqlaşdırmaq, sərhəd xəttinin və həmin ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etməkdir.