Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayan Türkiyə ordusu terrorçulara qarşı döyüşləri, təmizləməni davam etdirirlər.
TİA.AZ-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyə Silahlı Qüvvələri əməliyyatın başlandığı səkkiz gün ərzində 394 yaraqlının neytrallaşdırıldığını açıqlayıb.
Eyni zamanda, məlumatda 340 hədəfin vurulduğu bildirilir.