backend

Zeynəb Xanlarovanın oğluna yeni vəzifə verildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənova iki yeni müavin təyin edilib.  Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənova iki yeni müavin təyin edilib. 

2 fevral 2017-ci il tarixli sərəncamla bu vəzifəyə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev gətirilib.

TİA.AZ-ın məlumatına görə, prezidentin vəzifə verdiyi Ramin Səlim oğlu Babayev Azərbaycanın Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın oğludur.  

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumatı təsdiqləyib.

Bildirilib ki, Ramin Babayev bu təyinata qədər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə çalışıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti ölkə prezidentinin 2012-cil aprelin 4-də imzaladdığı fərman əsasında yaradılıb.

Ramin Babayev 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib.