İranın cənubunda yerləşən Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində ən azı 20 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
İranın cənubunda yerləşən Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində ən azı 20 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
TİA.AZ “Report”a istinadən xəbər verir ki, avtobusda ümumilikdə 40 nəfər olub.
Avtobus İranın Yəzd şəhərindən (Ölkənin mərkəzi hissəsi) İraqın Kərbəla şəhərinə zəvvar aparırmış.
Hadisə yerində qəza xidmətinin əməkdaşları işləyir. Polis hadisənin başvermə səbəblərini araşdırır.