backend

Zərifə Əliyevanın anadan olmasının 94 illiyi münasibəti ilə rəsm sərgisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının  94 illiyi paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur.  

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının  94 illiyi paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. 

Rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil olunur.
    

Əlamətdar günlə bağlı   rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Qalereya 1969”-da  görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş  Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilmişdir.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Millət vəkilləri Asim Mollazadə, Məlahət İbrahimqızı, Aydın Hüseynov, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak etmişlər.









 
   

Bayramsayağı bəzədilmiş sərgi salonuna toplaşan qonaqları salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir. Qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

   

Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyinə  həsr olunan tədbirin əhəmiyyəti və alimin əziz xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olanların işindən danışmış, nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirmişdir.

   

Sonra sərgidə nümayiş etdirilən əsərlərlə tanışlıq olmuşdur.  Mərasim  iştirakçıları  Azərbaycanın görkəmli rəssamlarından olan Oqtay Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», Altay Sadıxzadənin «Mehriban xanımın portreti» , həmçinin xalq rəssamları  Baba Əliyev, Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Vəcihə Səmədovanın, Xalidə Səfərovanın, Salam Salamzadə, Ağa Mehdiyev, Asəf Cəfərov  və digər görkəmli rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərlərinə tamaşa etmişlər. Tədbirdə xalq artistı Samir Cəfərov “Ana”mahnısı,   Bakı Musiqi Akademiyasının tələbələri Mədinə Ağayeva, Vüsal Aydəmirov və Alp Əliyev müxtəlif klassik musiqi nömrələri ilə çıxış etmişlər.