İranın keçmiş XİN başçısı Məhəmməd Cavad Zərif Azərbaycan-Ermənistan danışıqları barədə fikirlərini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, o, bu zaman maraqlı fikirlər səsləndirib.
Zərif deyib ki, Qafqazda kommunikasiyaların açılması, fürsət pəncərəsinin açılması deməkdir. “İran, Bəhreyn, Misir, İraq, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Yəmənlə birlikdə Pakistan, Mərkəzi Asiya və Qafqaza genişlənmə potensialı ilə bu məqamdan istifadə etməlidir. Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, biz yeni bir razılaşma əsasında yeni bir razılaşma əldə edə bilərik. Ümumi enerji dəhlizləri, nüvə əməkdaşlığı üçün güclü çərçivələr, iqtisadi əməkdaşlıq və mədəni birlik ümumi rifahın mühərriki ola bilər”.
Keçmi nazir onu da deyib ki, bu imkanlar modeli nöqteyi-nəzərindən İran, hətta Rusiya və Türkiyə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanmış son razılaşmaya təhdid kimi deyil, bir fürsət kimi baxa bilər. “İran, Rusiya və Türkiyə, eləcə də Ermənistan, Azərbaycan və Gürcüstan arasında Qafqazda əvvəllər təklif edilmiş tranzit əməkdaşlığını canlandırmaq şansımız var”.
Fərda Uğur