İranın sabiq XİN başçısı Məhəmməd Cavad Zərif son zamanlar dünyada və bölgədə baş verən hadisələrlə bağlı maraqlı açıqlama verib.
Tribunainfo.az xəbər verir ki, o, İranın nüvə anlaşması məsələsində danışıqlara getməsini vacib hesab edib.
Zərif bildirib ki, indiki məqamda Qərblə bu mövzuda mübahisə etməyin yeri yoxdur.
Keçmiş nazir həmçinin Zəngəzur dəhlizi məsələsinə də toxunub. O qeyd edib ki, bu yolun tezliklə açılması reallaşacaq. “Biz tezliklə nüvə konsorsiumu və Bakı–Naxçıvan marşrutu üzrə razılaşmanı görə biləcəyik”.
Fərda Uğur