Zərif Pezeşkian hökumətindən istefa verdibackend

Zərif Pezeşkian hökumətindən istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif bu gün istefa verib. Tribunainfo.az xəbər verir ki, bu barədə o, X sosial platformasındakı səhifəsində yazıb.
Zərif bildirib ki, fəaliyyətinin nəticəsi onu qane etmir. Həmçinin o, universitetdəki fəaliyyəti ilə hökumət işlərinin üst-üstə düşmədiyini də arqument kimi göstərib.
Lakin iranlı ekspertlər bildirirlər ki, Zərifin istefasının səbəbi heç də qeyd etdikləri ilə bağlı deyil. Onlar bunu vitse-prezidentə davamlı təzyiqlərin olması, xüsusən də radikal sağın onu hədəfə alması ilə izah edirlər.
Qeyd edək ki, Zərif indiyə qədər nazir postunda olarkən 5 dəfə istefa verib. Bundan öncəki iki hökumətdə çalışan zaman bunlar baş verib. Bu da onun haqqında “əsəbi adam” fikrini yaradıb.