Zərərdə olan Mehdiyevlər 5 milyon borc axtarır

Zərərdə olan Mehdiyevlər 5 milyon borc axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank BTB” ASC 5 milyon manat borc cəlb edir.

Bank hər birinin nominal dəyəri 1000 manat olan 5 000 ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edir.

Bankın 2023-cü il üzrə audit olunmamış hesabatına əsasən aktivləri 369 mln 155 min manat, öhdəlikləri 321 mln 791 min manatdır. Cəmi kapitalı isə 50 milyon həddindən aşağı – 47 mln 363 min manat təşkil edir. “Bank BTB” ASC ötən ili 2 mln 779 min manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.Olke.az