“Zenit”in sabiq futbolçusu: “Neftçi” çox pis oynadı”

“Zenit”in sabiq futbolçusu: “Neftçi” çox pis oynadı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Neftçi” çox pis oynadı. Aşkar təzyiq altında idilər və belə vəziyyətdə güclü rəqiblərə qarşı oynamaq çətindir”.
Bunu Rusiyanın “Zenit” komandasının sabiq futbolçusu Sergey Vedeneyev “Neftçi”nin “Match TV” kubokunda Sankt-Peterburq təmsilçisinə qarşı oyunu (1:3) barədə “RB Sport” nəşrinə açıqlamasında deyib.

Veteran müdafiəçi bildirib ki, “ağ-qaralar”ın 4-5 futbolçu ilə hücuma keçməyə belə, gücü çatmırdı: “Hər iki hissədə müdafiə olundular. “Zenit”də isə hər şey alınırdı”.
Qeyd edək ki, “Neftçi” turnirdə növbəti matçını iyulun 8-də Serbiyanın “Srvena Zvezda”, 15-də isə Türkiyənin “Fənərbağça” klubuna qarşı keçirəcək.