Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin dönəm sədri, sabiq Baş prokuror Əli Ömərov qlobal platforma olan “Change.org” saytında “Zəngəzuru Azərbaycana qaytarın!” başlığı altında petisiyanın yerləşdirilməsinə münasibət bildirib.

Ə.Ömərov Publika.az-a açıqlamasında deyib ki, sözügedən addım təqdirəlayiqdir.
O, insanları sözügedən petisiyaya qoşulmağa çağırıb:“Bu çox müsbət addımdır və Azərbaycan dövləti tərəfindən dəstəklənməlidir. Çünki Zəngəzur əzəli Azərbaycan torpağıdır. Ölkə başçısı da dəfələrlə çıxışında bunu qeyd edib. Yəqin ki, bu məsələ ilə bağlı Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin də müvafiq bəyanatı olacaq. Biz bu addımı dəstəkləyirik, bunu təşkil edənlərə də təşəkkür edirik”.