Zəngəzur dərdi İranı “öldürəcək”

Zəngəzur dərdi İranı “öldürəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran rejimi Zəngəzur dəhlizi deyib, dad çəkir.

Tribunainfo.az xəbər verir ki, bu ölkədə elə bir ekspert qalmayıb ki, bununla bağlı danışmasın.

Dünən də bir qrup iranlı ekspert məsələni müzakirəyə çıxararaq, Azərbaycan haqqında böhtan danışmağa başlayıb. İranlı ekspert Emad Abşenas “ANA” Agentliyinə açıqlamasında deyib ki, guya, Qafqazda təkfirçilər və İsrailin kəşfiyyat qurumları mövcuddur.

Bunun ardından o qeyd edib ki, “Azərbaycanın İsraillə əməkdaşlığı İran üçün təhdiddir”.

Abşenas köhnə palan içi tökməklə yanaşı, heç bir əsası olmayan və heç vaxt da sübut olunmayan məsələlərdən də danışıb. Məsələn, o iddia edib ki, guya, Vətən Müharibəsi zamanı qarabağda Azərbaycan tərəfindən Suriya və İraqdan gətirilmiş muzdlular döyüşüb. O həmçinin elə İran rəhbərliyi tərəfindən təkzib olunmuş “İsrail pilotsuz təyyarələri İran ərazisinə hücum edib” ifadəsini də işlədib.

İranlı ekspert Zəngəzur dəhlizi ilə bağlı danışaraq deyib ki, onun yaradılması İran və Rusiya üçün strateji təhlükədir. “Bu, “Mossad” və ABŞ-nin bölgəyə nüfuz planıdır”.

Abçenas sonda onu da dilə gətirib ki, əgər Qafqazda istədikləri olmasa, Tehran və Moskva zəruri hallarda hərbi addım ata bilərlər.

Tribunainfo.az xəbər verir ki, “İran diplomatiyası” saytına açıqlama verən digər iranlı ekspert Abbas Əbdülxani isə deyib ki, Zəngəzur dəhlizi İranın iqtisadi və geostrateji mövqeyinə təhdiddir. “Bu layihə Azərbaycan, Türkiyə, İsrail və Qərb dövlətlərinin “anti-İran” ittifaqının tərkib hissəsidir”.

İranlı ekspertin sözlərinə görə, İran Mərkəzi Asiya ilə ticarət əlaqələrində təhlükəsiz quru yollarına ehtiyac duyur. “Zəngəzur bölgəsi bu baxımdan effektiv deyil. Dəhlizin reallaşması İranın regional təsirini azaldacaq və ölkəni mühüm tranzit marşrutlarından kənarda qoyacaq”.

Əbdülxani onu da deyib ki, guya, Bakı-Təl-Əviv əlaqələri “təhlükə mənbəyidir”. “İsrailin Azərbaycanla hərbi əməkdaşlığı İran əleyhinə yönəlmiş strategiyanın tərkib hissəsidir”.

P.S. Görünən odur ki, İranı Zəngəzur dəhlizi məsələsi “öldürəcək”…

Fərda Uğur