“Ərazi əlaqəsi konsepsiyası çərçivəsində təklif olunanlar Azərbaycanın Naxçıvana və ya Zəngəzur dəhlizi formasında olması İranın maraqlarına uyğun deyil”. Tribunainfo.az xəbər verir ki, bunu İran və Avrasiya Araşdırmaları İnstitutunun (ERAS) direktor müavini Mahmud Şuri “Eco Iran”a müsahibəsində deyib.
Onun sözlərinə görə, yalnız geosiyasi dəyişikliklər baş verərsə vəziyyət dəyişə bilər. “Yəni hansısa yolla Ermənistanla İran arasında sərhəd kəsilsə və ya Azərbaycan əraziləri ələ keçirsə, İranın milli maraqlarına zərər dəyəcək”.