Zəngəzur dəhlizinə qarşı, Hörmüz boğazının bağlanması

Zəngəzur dəhlizinə qarşı, Hörmüz boğazının bağlanması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın dini lideri Əli Xamineyinin ofisinin media orqanı olan “Keyhan” qəzeti Zəngəzur dəhlizi məsələsində həddindən artıq ifrata varmaqla yanaşı, həm də bunun əleyhinə addımlar atılmasının “zəruri” olduğunu iddia edib.

Tribunainfo.az xəbər verir ki, Xamineyinin müşaviri Şəriətmədarinin başçılıq etdiyi qəzet Vaşinqtonda əldə edilmiş razılaşmanı “İrana xəyanət” adlandırıb.

Bundan başqa, nəşr məsələyə İran tərəfindən cavab verilməsinin “vacib” olduğunu yazıb. “Bu məsələ İran tərəfindən cavabsız qalmamalıdır. İran onlarla mübarizə aparmaq üçün əlində olan rıçaqlardan istifadə etməlidir. İlk addım olaraq Cenevrə və Yamayka konvensiyalarına istinad edərək,  ABŞ və İsrailə bağlı gəmilərinin Hörmüz boğazından keçməsinə sanksiya qoya bilər”.

Fərda Uğur