ZƏNGƏZUR DƏHLİZİNƏ KİMİN NƏZARƏT ETMƏSİ İLƏ BAĞLI QƏRB-RUSİYA QARŞIDURMASI… – NATİQ MİRİ ŞƏRH EDİRbackend

ZƏNGƏZUR DƏHLİZİNƏ KİMİN NƏZARƏT ETMƏSİ İLƏ BAĞLI QƏRB-RUSİYA QARŞIDURMASI… – NATİQ MİRİ ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın dünyanın kəsişməsi adı altında komunikasiyaların açılması ilə bağlı hazırladığı layihə demək olar ki, əməkdaşlıq etdiyi dünya dövlətlərinə təqdim olunur. İstər Hindistanda, istər qərb ölkələrində, istərsə də hər yerdə Ermənistan bunu dolayısı ilə təbliğ edir”.

Bu sözləri Tribunainfo.az-a politoloq Natiq Miri Zəngəzur dəhlizinə nəzarət uğrunda Rusiya-Ermənistan arasındakı gərginliyin necə yekunlaşacağı ilə bağlı fikir bildirərkən deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin predimetlərindən biri olan komunikasiyaların açılması məsələsində nə qədər maraqlı olduğunu göstərir:
“Ancaq bütün bunların hamısı yalnız bir şərt altında mümkün ola bilər ki, bunu da Ermənistan hər addımda vurğulayır. Bu da ondan ibarətdir ki, bütün komunikasiyaların açılması məsələsi həmin ölkənin hüquqi çərçivəsində mümkündür. Ayrıca hər bir ölkə ərazisində keçid məntəqələrini yaradarkən həmin keçid məntəqələrində həmin dövlətin suverenliyi çərviçəsində yalnız dövlət strukturları nəzarət mexanizmini həyata keçirə bilər. Bu istək 10 noyabr sənədəinin 9-cu maddəsinin üstündən xətt çəkir. Çünki orda açıq şəkildə bildirilir ki, Naxçıvana keçən yol maneəsiz təmin olunmalı və bu yola Rusiyanın sərhəd qoşunları nəzarət etməlidir”.
N.Miri qeyd etdi ki, Ermənistan artıq bu maddədən açıq şəkildə imtina edir:

“Bu xüsusda Ermənistan tək deyil. Onları bütün qərb dünyası dəstəkləyir. Başda ABŞ olmaqla, bütün Avropa Birliyi ölkələri dəstəkləyir. Bu gün əslində mövcud mübarizə təkcə Ermənistan-Rusiya deyil bu dolayısı ilə komunikasiya sisteminə, Zəngəzur dəhlizinə kimin nəzarət etməsi ilə bağlı qərb-Rusiya qarşıdurmasıdır. Ona görə də Ermənistan daha cəsarətli iddialarla çıxış edir. Zəngəzur dəhlizinə nəzarət uğrunda Rusiya-Ermənistan arasındakı gərginliyin necə yekunlaşacağı proqnozlaşmasına gəlincə isə bu nisbidir”.