“Zəngəzur dəhlizi “Trans Türk” layihəsidir”

“Zəngəzur dəhlizi “Trans Türk” layihəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Araz dəhlizi Zəngəzur dəhlizinə şərq qapısı kimi xidmət etməsi nəzərdə tutulub”.

Tribunainfo.az bildirir ki, bu fikirlər Ermənistanda nəşr olunan “Past” qəzetində dərc olunmuş məqalədəndir.

Nəşr qeyd edir ki, 1993-cü ildən Ankaranın bağladığı Ermənistanla Türkiyə arasında müntəzəm dəmir yolu əlaqəsinin bərpası 2026-cı ilin birinci yarısına planlaşdırılır. Lakin qəzet iddia edib ki, “bu, çox güman ki, Azərbaycanın planlarına uyğun gəlməyəcək”.

Erməni mediası qeyd edir ki, Bakı və Ankara əsasən Azərbaycan və Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsində maraqlıdırlar. “Bu baxımdan Türkiyə-Azərbaycan dəmir yolu dəhlizi Türkiyə-Gürcüstan-Azərbaycan dəmir yolu xətti ilə də birləşən Türkiyəyə tranzit və logistika sistemi yaratmaq məqsədi daşıyır”.

“Past” sonda belə qənaətə gəlib ki, bölgədə həyata keçirilən layihələr Avropaya birləşəcək “trans-türk” tranziti üçündür.

Fərda Uğur