Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə nəqliyyat xəttləri ilə bağlı məsələləri sülh müqaviləsinin mətnindən çıxarıblar.
Trobunainfo.az xəbər verir ki, bu barədə məlumat paylaşan politoloq Zaur Məmmədov bildirib ki, tərəflər arasında ən mübahisəli məqamlardan ikincisi məhz Zəngəzur dəhlizi ilə bağlı idi:
“Məsələni qəlizləşdirən amillərdən biri bu yolla bağlı regional və beynəlxalq aktorların bir – birinə zidd yanaşmaları idi. Qərb Zəngəzur və açılması nəzərdə tutulan digər yollarda nəzarətin beynəlxalq şirkətin öhdəliyinə verilməsini təklif edib. Bir neçə ay əvvəl Şarl Mişel bu təklifi tərəflərə təqdim edib. ABŞ-da baş tutan XİN rəhbərləri arasında görüşdə də bu məsələ müzakirə edilib. Rusiya Üçtərəfli Bəyanatda göstərildiyi kimi özü tərəfindən yola nəzarət edilməsini istəyir. S. Şoyqunun Bakıda kommunikasiya xəttlərinə Qərbi buraxmaq olmaz kimi ismarıcları Moskvanın narahatllığından xəbər verir. Öz növbəsində, İran heç bir halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı deyil və son açıqlamalar, xəbərdarlıqlar da beynəlxalq şirkətlə bağlı təklifə cavab olaraq verilib.
Beləcə, hazırda beynəlxalq şəraitin onsuz da gərgin olmasını nəzərə alsaq sülh müqaviləsi ilə bağlı danışıqlarda müzakirə edilən mövzular arasından nəqliyyat mövzusunun çıxarılması tam başa düşüləndir. Azərbaycanın Qərbə və Şərqə çıxışı var, ölkəmiz uğurlu şəkildə kommunikasiya – nəqliyyat qovşağı kimi qlobal layihələri davamlı şəkildə həyata keçirir. Ermənistanın isə, hələ də Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olaraq qalır”.
Politoloq bildirib ki, hazırda Bakı və İrəvan arasında danışıqlarda ən böyük maneə olaraq Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qalır:
“N. Paşinyan bu yükü cəmiyyətə ötürməli və erməni xalqı gələcəyi ilə bağlı qərarını verməlidir”.
Nigar