“Zəngəzur dəhlizi regional deyil, qlobal rəqabət meydanıdır”

“Zəngəzur dəhlizi regional deyil, qlobal rəqabət meydanıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan, Gürcüstan və Azərbaycan ilə konstruktiv əməkdaşlıq İranın Qafqaz tranzitindəki mövqeyini qoruyub saxlayır”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranda yayınlanan “7Sobh” saytındda dərc edilmiş məqalədəndir.

Müəllif yazır ki, Vaşinqton sazişi İranı Qafqazdakı tranzit strategiyalarını yenidən müəyyənləşdirməyə məcbur edib. “Xüsusilə də Zəngəzur dəhlizi əvvəllər potensial tranzit yolu olsa da, ABŞ-nin bu prosesə daxil olması marşrutu regional deyil, qlobal rəqabət meydanına çevirib”.

Nəşr  iddia edib ki, Şimal Cənub dəhlizi Hindistan və Rusiyanın dəstəyi ilə Zəngəzurla rəqabətə hazırdır.

Bundan başqa, həm də o da qeyd edilib ki, Zəngəzur dəhlizi İranın ABŞ sanksiyalarından yan keçməsi üçün əlverişli marşrutdur. “Eyni zamanda, Zəngəzur artıq İran üçün strateji fürsət deyil, məhdudlaşdırıcı faktor kimi də qəbul edilir”.

İran mediası onu da vurğulayıb ki, əgər Tehran Ermənistan, Gürcüstan və Azərbaycanla əməkdaşlığı möhkəmləndirməsə, ABŞ və Türkiyənin dəstəklədiyi yeni marşrutlar İranın ticarətini sıxışdıracaq.

Fərda Uğur