Ermənistanda ötən gün “Sülh kəsişməsi: Təhlüksəzilik və demokratiya” adlı konfransda Paşinyanın çıxışı rezonansa səbəb olub. Tribunainfo.az xəbər verir ki, bu rezonans Ermənistanın daxilinə bağlıdır və geniş müzakirə olunur.
Erməni mediası bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi “sülh kəsişməsi layihəsi” hər nə qədərə məntiqlidirsə, bir o qədər də açılması müşkül məsələdir. “Hraparak” nəşri bu barədə yazır ki, Zəngəzur dəhlizi adını almı və Şərqlə Qərbi birləşdirəcək dəhlizin işə düşməsi Rusiyanın Ermənistanda ətalət təsirini neytrallaşdırdıqdan sonra mümkündfür. “Bu, ya Ermənistanda hakimiyyətin dəyişməsi və yeni qüvvələrin hakimiyyətə gəlməsi nəticəsində, ya da Ukrayna-Rusiya müharibəsində Rusiyanın məğlubiyyəti və məhvi nəticəsində mümkündür”.
Erməni ekspert Tatul Mkrtçyan deyir ki, Ermənistanda hakimiyyət dəyişikliyi 2026-cı ildən tez baş verə bilməz. “Amma Moskvanın kapitulyasiyası 2025-ci ilin sonunda optimist şəkildə proqnozlaşdırılır. O vaxta qədər Nikol Paşinyan mənasız konfranslar keçirə bilər”.
P.S. Zəngəzur dəhlizinin açılması məsələsinə Ermənistanın bu qədər müqavimət göstərməsi anlaşılan deyil. Çünki bu dəhliz siyasi deyil, məhz iqtisadidir. Onun Azərbaycana faydaları qədər, Ermənistanda da ciddi iqtisadi imkanlar açacağını bütün ekspertlər deyir. Sadəcə, məsələ dəhlizin kimin qoruyacağı məsələsi problem yaradır ki, bunu da optimal şəkildə həll etmək olar. Amma görünən odur ki, Ermənistan məhz bu qarışıq məsələdən sui istifadə edərək, öz maraqları çərçivəsində, daha doğrusu, yalnız onun xeyrinə olan prosesi reallaşdırmağa çalışır. Bu isə uzun zaman davam edə bilməz. Gec və ya tez böyük dövlətlər Ermənistanı bu oyunbazlığıan görə, cəzalandıracaq. Ona görə ki, belə bir iri layihənin kiçik bir dövlətin kaprizlərinə qurban verməyəcəklər.