Zəngəzur dəhlizi ətrafında gedən müzakirələrdə fərqli yanaşmalar diqqəti çəkir.
Tribunainfo.az xəbər verir ki, Ermənistan hakimiyyəti mövzu ilə bağlı baş nazir Nikol Paşinyanın açıqlamalarından kənara çıxmırlar.
Lakin yerli müxalifət iddia edir ki, məsələ heç də göründüyü kimi deyil. Siyasətçi Boris Murazi bununla bağlı qeyd edib ki, Zəngəzur dəhlizi məsələsi yekunlaşıb. Onun sözlərinə görə, İrəvan məsələni fərqli konteksdə təqdim etməyə hazırlaşır. “Ermənistan hökuməti onu investisiyaların cəlbi şəklində təqdim edəcək”.
Fərda Uğur