İranın dini lideri Əli Xamineyinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı çıxış edib. Tribunainfo.az xəbər verir ki, müşavir bir sıra mətləblərə toxunub.
O qeyd edib ki, İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması səbəbsiz olmayıb. “Bu, onunla bağlıdır ki, Qərb NATO adı altında Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya ərazisi ilə şərq-qərb daşımalarını həyata keçirmək istəyir. Halbuki həmin yolların hamısı İrandan keçir və bu addımlar İran prosesdən kənarda qalır. İran bu sui-qəsdin dərinliyini anladı”.
Vilayəti daha sonra deyib ki, guya, onlar Azərbaycan xalqının yaxşı yaşamasını istəyirlər. “Xoş niyyəti olmayan Qərbdən fərqli olaraq, İran həqiqətən də azərbaycanlı qardaşlarının rifahını istəyir. Allah bunu regionun tarixində dönüş nöqtəsi etsin və bu həssas bölgədə sülh və əmin-amanlıq bərqərar etsin”.