Bu gün baş verənlərin Ermənistan-Azərbaycan həlli ilə heç bir əlaqəsi yoxdur. Daha çox Rusiyanın regiondakı rolu və statusu ilə bağlıdır”. Tribunainfo.az-ın xəbərinə görə, bunu separatçıların nümayəndəsi, qondarma “xin başçısı” Karen Mirzoyan bildirib.
O deyib ki, Azərbaycan Ermənistan ərazisindən keçən dəhlizdən əl çəkməyib. “Lakin bu, Türkiyənin də iştirak etdiyi daha qlobal problemdir. Ona görə də hər şeyin o qədər də hamar olmadığı Rusiya-Türkiyə münasibətləri kontekstində nəzərdən keçirilməlidir”.