“Zəngəzur dəhlizinin açılması İranın tranzit mövqeyini zəiflədə və Avropa ilə quru əlaqəsini çətinləşdirə bilər”.
Tribunainfo.az xəbər verir ki, bu iddia ilə İran Ticarət Palatasının Nəqliyyat, Tranzit və Logistika Komissiyasının sədri Rza Rüstəmi çıxış edib.
Onun sözlərinə görə, dəhlizini yaradılması bölgədəki tranzit balansını dəyişəcək. “Bu vəziyyət İranın yükdaşıma şirkətlərini Türkiyənin marşrutundan istifadə etməyə məcbur edəcək ki, bu da nəqliyyat xərclərini artıracaq və rəqabət qabiliyyətini azaldacaq”.
O həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi açılarsa, İran üzərindən yükdaşımaların qiyməti 15-20 faiz artacaq.
Fərda Uğur