“Ermənistan hakimiyyəti tezliklə bəyan edəcək ki, KTMT-dən, sonra isə Aİİ-dən çıxırlar”. Tribunainfo.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.
Onun sözlərinə görə, İrəvan hökuməti birbaşa Qərbin diktəsi ilə hərəkət edir və bu addımı da onların tapşırığı əsasında atacaq.
Bozoyan bu prosesin ardından Zəngəzur dəhlizi məsələsinin reallaşacağını vurğulayıb. “Bunun ardından Zəngəzur dəhlizi reallaşacaq və o, ABŞ-a veriləcək”.